"Bu şəhərdə"nin prodüseri və ssenaristi Müşviq Abbasov sosial şəbəkədə qalmaqala səbəb olacaq paylaşım edib
"Qafqazinfo" xəbər verir ki, Abbasov komandasının 5 günlük verdiyi konsertdə xoşagəlməz hadisə ilə üzləşdiyini bildirib.
Prodüser onların verdiyi dəvanətməni satan şəxsləri ləyaqətsiz adlandırıb:
“Bizim mart konsertlərimizdə bileti pulnan alıb və ya dəvətnamə ilə gələn tamaşaçılarımız var olsun, Allah onları qorusun. Amma bizdən yalvara-yalvara, alçala-alçala, xahiş-minnətlə dəvətnamə alıb, sonra onu bayırda ucuz qiymətə satmaq istəyən alçaq, şərəfsiz, ləyaqətsizlərə yazıram: siz alçaq, şərəfsiz və ləyaqətsizsiniz.
Ön sıralarda dəvətnamə ilə gəlib əyləşən, konsertin axırına qədər yerindən durmadan, telefonla danışmadan, pərdə bağlanana qədər oturan, konsert bitdikdən sonra bizə təbrik və təriflə birlikdə nöqsanımızı deyən şou-biznes əhlinə, dostlarımıza təşəkkür edirik. Biz hər şeyi görüb və yadımızda saxlayırıq”.
MilliYol.az
Digər xəbərlər
loading...