Bu gün ilaxır çərşənbədir. İnanca görə, bu gün küsülülər barışırlar. Ancaq sənət aləmində elə simalar var ki, onların küsülülük tarixi illərə dayanır.
MilliYol.Az ölkə.az-a istinadən onların bir qismini təqdim edir.
Xalq artistləri Aygün Kazımova və Flora Kərimova küsülüdürlər. Buna səbəb isə Flora Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqqında səsləndirdiyi fikirlərə Kazımovanın cavab verməsiydi. Belə ki, Aygünün "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliğ edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" cavabından sonra Kərimova Kazımovaya "Jurnallarda qadın ləyaqətini tapdalayıb, azəri kişisinə utanc gətirən, yataq pantalonunun qırçınlarını mediada bəh-bəhlə nümayiş edən, nəyin bahasına olursa olsun, həmişə diqqət mərkəzində olmaq düçarına düşən, bu yaşda açıq-saçıq davranışına "bəsdir" demək iqtidarına çatmayan qız anası Aygün Kazımovaya açıq məktub..." cümlələrinin də yer aldığı sərt cavab vermişdi.
Bu arada qeyd edək ki, Flora Kərimova həmçinin Zeynəb Xanlarovayla da küsülüdür.
Müğənni Kərim Abbasov isə Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarova ilə küsülüdür. Qeyd edək ki, aktrisa haqqında işlətdiyi ifadələrə görə Kərimi məhkəməyə vermişdi.
Xalq artistləri Bəsti Cəfərova ilə Zemfira Nərimanova arasında da uzun illərdir gərginlik davam edir. Hətta iddia olunur ki, illər öncə bu gərginlik əlbəyaxa həddinə qədər çatıb. Hər halda bu bir iddiadır.
Prodüserlər Təranə Səmədova və Mədinə Məlikin münasibətlərinin gərginləşməyi isə son zamanlara təsadüf edir. M.Məlikin ifaçılığa başlaması Səmədovanın kinayəli atmacalarına səbəb olmuşdu. Məhz bu açıqlamadan sonra həmkarlar arasında "soyuq müharibə" başlayıb.
Xalq artisti Canəli Əkbərovun həmkarları Arif Babayev və Mənsum İbrahimovla danışmadığını demək olar. Hətta bir müddət əvvəl sənətkarlar arasındakı söz atışması mətbuata da daşınmışdı. Münaqişəyə səbəb isə Əkbərovun Muğam Televiziya Müsabiqəsində münsif olmaq istəyinin qarşı tərəfdən qəbul olunmamasıydı. Belə ki, müsabiqənin münasifləri Canəli Əkbərovun münsiflər heyətində təmsil olunacağı halda, münsif kürsüsündən imtina edəcəklərini bildirmişdilər.
Müğənnilər Sevda Yəhyayeva və Günay İbrahimli də uzun illərdir yola getmirlər. Hətta sənətçilər bir neçə dəfə küsüb-barışıblar.
Elariz Məmmədoğluyla Faytonçu Nazim də yola getməyən sənətçilər sırasındadırlar. Onların nəyi "bölə bilmədikləri" isə məlum deyil.
MilliYol.Az
Digər xəbərlər
loading...