Ankara ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək mümkün deyil
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Maliyyə naziri Volfanq Şoyble söyləyib. O, Türkiyənin hazırkı hakimiyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına mane olduğunu bildirib.
Qeyd edək ki, martın 11-də Niderland hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə izn verməyib. Bundan sonra Niderlanddakı türklərlə görüşə Türkiyənin Ailə İşləri üzrə naziri Fatma Betül yollanıb. Lakin holland polisi onun da ölkəyə girişinə izn verməyib. Hər iki nazir bu ölkəyə türklərdən aprelin 16-da keçiriləcək referenduma dəstək almaq üçün səfər edib.
Bundan öncə Mövlud Çavuşoğlunun türklər qarşısında çıxışına Almaniya da imkan verməyib.
MilliYol.az
Digər xəbərlər
loading...