Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə və Hollandiya arasındakı siyasi böhrana münasibət bildirib
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, o, tərəfləri gərginliyi artırmamağa çağırıb:
"Sözsüz ki, biz tərəfləri təmkinli olmağa və gərginliyin konstruktiv deeskalasiyasına çağırırq. Türkiyə və Hollandiyanın siyasi böhranın aradan qaldırılması üçün vasitəçiyə ehtiyacı yoxdur".
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib. Bu siyasi böhranın ardından ailə və sosial siyasət naziri Kaya Rotterdamda mühafizəçiləri ilə birlikdə həbs olunub və Almaniyaya ekstradisiya edilib.
MilliYol.az
Digər xəbərlər
loading...