Martın 14-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclası keçiriləcək
İki gün davam edən iclasda uçot dərəcəsini 0,25% qaldıra bilər.
İqtisadçı-ekspert Vüqar Bayramov AzNews.az-a açıqlamasında Federal Ehtiyyat Sisteminin öncədən hansı qərar verəcəyini proqnozlaşdırmağın çətin oldugunu bildirib:
“Bəzi hallarda FED uçot dərəcəsinin artırılacağı deyilir. Amma görüş zamanı qərarı dəyişirlər. Bütün hallarda son proseslər göstərir ki, FED uçot dərəcəsinin artırılmasında maraqlıdır. Bunun reallaşıb-reallaşmaması daha çox Ağ Evin, xüsusən də dolların ucuzlaşması ilə bağlı mövqeyinin necə olacağından asılı olacaq. FED-də dolların məzənnəsi ilə bağlı fərqli yanaşmalar var. Verilən qərar dolların dünya bazarında möhkəmlənməsinə gətirib çıxarmayacaq. Müəyyən möhkəmlənmələr ola bilər.”
Vüqar Bayramovun fikrincə, Azərbaycan üçün FED-in qərarı çox əhəmiyyətlidir: “Ona görə Mərkəzi Bank FED-in uçot dərəcəsini qaldırdığı halda valyuta bazarına potensial psixoloji təsirin azaldılması istiqamətində fəaliyyətə başlamalıdır. Mərkəzi Bank bütün mümkün ssenarilərə hazır olmalıdır. O ssenarilərdən biri də FED-in uçot dərəcəsinin qaldırması ilə bağlıdır. Əgər FED uçot dərəcəsini artırarsa, Mərkəzi Bank kommunikasiya metodundan istifadə etməklə bu qərarın valyuta bazarına psixoloji təsirini azatmalıdır ki, dollara tələbin kəskin artımı müşahidə edilməsin.”
MilliYol.az
Digər xəbərlər
loading...