“Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir”
"APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.
"TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır.
TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir", - deyə S.Düzyol bildirib.
MilliYol.az
Digər xəbərlər
loading...