Son zamanlar Neftçala rayonunda sakinlərin əsas narazılıq obyektilərindən biri şəhər icra nümayəndəsi Gülqədəm Mirzəzadədir
Neftçala şəhərinin xanım icra nümayəndəsinin fəaliyyəti Neftçala şəhərində ciddi narazılıq yaradır və xanım icra başçısı tək özünü deyil, həmçinin Neftçala rayon İcra başçı İsmayıl Vəliyevi də narazılıq obyektinə çevirir.
Son zamanlar xanım kadrların icra hakimiyyətlərində başçı müavini, ya da başqa məsul vəzifələrə təyin olunmaları bir ənənə halını almaqdadır. Bu ənənə qadınların cəmiyyətimizdə və ölkənin idarəetməsində rolunun artırılması üçün nəzərdə tutulsa da, bəzən irəli çəkilən xanım kadrlar rayonlarda narazılıqların yaranması üçün katalizatora çevrilirlər. Elə ənənəyə uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də şəhər icra nümayəndəsi vəzifəsinə bir xanımı nümaynədə təyin təyin edib. Bu təyinatdan sonra da xanım nümaynədənin fəaliyyəti Neftçalada əsas narazılıq obyekti olub.
Öncə qeyd edək ki, Neftçaladan narazı sakinlərin Anaxeber.az-a ünvanlıdıqları şikayətdə bildirilir ki, İsmayıl Vəliyev Neftçalaya qadın kadr təyin edərkən “quşu gözündən vurub”. Çoxlu sayda xanım kadrlar içindən İsmayıl Vəliyevin seçimi məhz Neftçalada heç də müsbət reputasiyaya sahib olmayan bir xanımın üzərinə düşüb. Və bu zaman Gülqədəm xanımın natamam orta təhsilli olması da İsmayıl Vəliyevin “seçiminə” təsir etməyib.
Qeyd edə ki, bir müddət əvvəl mətbuatda Gülqədəm Mirzəzadənin diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Bu məsələ ilə bağlı Anaxeber.az-ın Neftçala da apardığı araşdırma aparıb. Gülqədəm xanımı yaxından tanıyan Xıllı qəsəbə sakinlərinin bildirdiyinə görə xanım icra nümayəndəsi orta məktəbi belə qurtarmayıb və natamam təhsil alıb. İsmayıl Vəliyev Neftçalaya icra başçısı təyin olunduqdan sonra isə birdən birə Gülqədəm xanımın ulduzu parlayıb. Vəzifə həvəsinə düşən Gülqədəm xanıma təcili diplom gərəkib. Diplom almaq üçünsə Gülqədəm xanımı Qazaxa yönləndiriblər.
Anaxeber.az-ın əldə etdiyi məlumata görə Gülqədəm Mirzəzadənin Azərbaycan Müəllimlər İnstitunun Qazax filialından aldığı diplom həqiqətən də saxtadır və bu diplom saxta diplom alverinə görə həbs olunan Azərbaycan Müəllimlər İnstitunun Qazax filialının sabiq direktoru İsa Veyisov tərəfindən Gülqədəm Mirzəzadəyə satılıb. Yəni kamal atesstatı belə olmayan Gülqədəm xanım çox asanlıqla diploma sahib ola bilib. Və hətta iddiaya əsasən Gülqədəm Mirzəzadənin adı Azərbaycan Müəllimlər İnstitunun Qazax filialında belə getməyib. İsa Veyisov sadəcə Gülqədəm Mirzəzadənin adına Təhsil Nazirliyinin nömrələnmiş diplomunu verib.
Diplomunu aldıqdan həmən sonra isə Gülqədəm Mirzəzadə Neftçala rayon Xıllı qəsəbə nümayəndəsi vəzifəsinə təyin olunub. Burdakı fəaliyyəti ilə sakinlərin ciddi narazılığına səbəb olmasına baxmayaraq, bir müddət sonra Neftçalanın icra başçısı Gülqədəm Mirzəzadəni daha məsuliyyətli və daha gəlirli vəzifəyə təyin edib. Adi savadı olmayan və diplomunun da saxta olduğunu bütün rayonun bildiyi Gülqədəm Mirzəzadənin İsmayıl Vəliyev üçün niyə sevimli kadra çevrilməsi isə Neftçala sakinləri üçün hələ də cavabsız sualdır. Çünki daha əvvəllər İsmayıl Vəliyev Neftçalada apardığı abadlıq işlərinə görə neftçalalıların rəğbətini qazanıb. Lakin rayon mərkəzini və bir neçə iri qəsəbəni əhatə edən Neftçala şəhər nümayəndəliyində Gülqədəm Mirzəzadənin hakimi-mütləq olması Neftçala sakinlərinin heç də xoşuna gəlməyib və hazırda İsmayıl Vəliyevin Gülqədəm Mirzəzadə “sindromu” neftçalılarla İsmayıl Vəliyevin arasında narzılıq “almasına” çevrilib.
Anaxeber.az-a daxil olan məktubda bildirilir ki, Neftçalanı istədiyi kimi idarə edən xanım icra nümayəndəsindən İsmayıl Vəliyevə dəfələrlə kütləvi şikayətlər olsa da, başçı bu şikayətləri eşitmək istəmir. Hətta Gülqədəm Mirzəzadənin yaxınlarının Neftçalada törətdikləri özbaşınalıqları da İsmayıl Vəliyev görməməzlikdən gəlir. Belə ki, bir müddət əvvəl Gülqədəm Mirzəzadənin həyat yoldaşı Əbdüləzim birdən birə Neftçalada “Çay Evi”nin sahibinə çevrilib. Elə həmin “Çay Evi”ndə də Əbdüləzim bir müddət əvvəl Neftçala şəhər bələdiyyəsinin keçmiş sədri Ağayar Dadaşovu döyüb. Döyülmə şahidlərin qarşısında baş verib və Ağayar Dadaşov çoxlu sayda xəsarət almasına baxmayaraq, rayonda Gülqədəm Mirzəzadənin həyat yoldaşına qarşı Ağayar Dadaşovun şikayəti qəbul olunmayıb. Şikayətin qəbul olunmamasının səbəbini isə neftçalalılar İsmayıl Vəliyevin hüquq-mühafizə orqanlarına verdiyi tapşırıqla əlaqələndirirlər.
Həmçinin Anaxeber.az-a daxil olan məktubda göstərilir ki, Gülqədəm Mirzəzadə insanlarla həddindən artıq kobud davranır. Qəbuluna gələn insanlara qarşı vəzifə borcundan irəli gələn hörmət nümayiş etdirməyən şəhər nümayndəsi hətta yanına gələn şikayətçiləri otağından qovur, onları söyərək aşağılayır. Bu hallar hətta Qarabağ əlilərinə qarşı da baş verir.
Qeyd edək ki, Gülqədəm Mirzəzadənin qəbulunda baş verən qalmaqallarla bağlı növbəti yazımızda oxucularımızı daha ətraflı və şahidlərin ifadəsi ilə məlumatlandıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...