Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı təxirə salınıb
Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, buna səbəb məhkəməyə sədrlik edən Həbib Həsənovun və digər hakimlərin Azərbaycan Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun və başqalarının cinayət işi üzrə yekunlaşmaqda olan məhkəmə prosesi ilə bağlı müşavirəyə getməlridir.
Məlumata görə, bu gün Ş.Sultanova hökm oxunacağı gözlənilir.
A.Çovdarovun və digərlərinin məhkəməsi isə martın 15-də davam etdiriləcək.
MilliYol.az
Digər xəbərlər
loading...