Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar yaşadıqları evin liftində öldürülüblər.
Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.
Hazırda istintaq davam etdirilir.
MilliYol.az
Digər xəbərlər
loading...