Banka kredit borcu olan həyat yoldaşı dünyasını dəyişdi. Bankdan isə borcu olması ilə baglı ailəyə məktublar gəlir.
MilliYol.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, Lənkəran rayon Bürcəli kənd sakini Mapəri Ağayeva 2015-ci ildə bankdan 2500 ABŞ dolları məbləğində kredit götürüb. İşlədiyi yerdən arayış alıb banka təqdim edən Mapəri Ağayeva hər ay 86 manat ödəməklə 1 il kreditin ödənişini vaxtlı-vaxtında həyata keçirib.
Mapəri Ağayeva bu ilin yanvar ayında dünyasını dəyişib. Həyat yoldaşı Söhbət Məmmədovun dediyinə görə, həyat yoldaşı dünyasını dəyişdiyi ay banka onun ölməsi ilə bağlı ölüm kağızını da təqdim edib. Lakin vəfat etdikdən iki ay sonra qadının adına evinə krediti ödəmədiyi üçün məhkəmə tərəfindən məktub göndərilib.
İndi dünyasını dəyişən Mapəri Ağayevaının banka 2265 ABŞ dolları borcu var. Hazırda həyat yoldaşı çarəsiz qalıb. O bilmir ki, ölən həyat yoldaşının borcu necə ödənməlidir. Mütəxəssislərin sözlərinə görə, rəhmətə gedən şəxsin borcu onun birinci dərəcəli ailə üzvlərinə yönləndirilə bilər. Amma burda bəzi nüanslara ciddi fikir vermək lazımdır.
O ki qaldı məhkəmə tərəfindən dünyasını dəyişmiş adamın adına məktub gəlməsinə, yəqin ki, bu bankın məhkəməni düzgün məlumatlandırmamasından irəli gəlir. Yəni dünyasını dəyişmiş adamın adına gəlmiş bildiriş və müraciətlərlərin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin adamın yaxınlarının buna görə hüquqi məsuliyyəti də nəzərdə tutulmur.
MilliYol.Az
Digər xəbərlər
loading...