Məşhur Rusiya millətçisi, avrasiyaçılıq ideologiyasının banisi və Kremlin baş ideoloqu sayılan Aleksandr Duqin Qarabağ münaqişəsi tərəflərini “Lavrov planı”nı qəbul etməyə çağırıb
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Duqin 1in.am erməni portalına müsahibəsində Qarabağ münaqişəsi zonasında hərbi toqquşmaları bu və ya digər tərəfin deyil, ABŞ-ın qızışdırdığını iddia edib.
Onun sözlərinə görə, belə xətt Baak Obama administrasiyası tərəfindən yürüdülürdü, ancaq həmin qüvvələr ötən ilki seçkilərdə məğlub oldu.
“Donald Tramp prezident seçildi və indi situasiya tədricən yaxşılaşmalıdır”-Duqin deyib. O, bildirib ki, indiki şərtlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən münasib variant “Lavrov planı”dır.
“Lavrov planı” mənə daha çox real görünür və onu həyata keçirmək lazımdır. Bu plan yekun sülh razılaşmasını, status-kvonu hüquqi vəziyyətdə saxlayaraq əvəzində Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasını nəzərdə tutur. Bundan sonra situasiya normallaşacaq və biz daha sakit, uzunmüddətli dövrə keçəcəyik. Buna qarşı təkcə Amerika işləyir, bütün qalan regional problemlər əslində bunun qarşısında ikinci plandadır. Ona görə də indi Qarabağ münaqişəsinin nizamlanması üçün imkan yaranıb. Əgər hamı-Rusiya, Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ sülhməramlı məcrada davam etsə situasiya yaxın zamanda normallaşa bilər. Hərçənd mən son toqquşmalardan daha bir neçəsinin baş verə biləcəyini istisna etmirəm”-Duqin deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...