Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Wikipedia internet resursu ilə bağlı narazılıq ifadə olunub
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, deputat Qənirə Paşayeva deyib ki, Wikipediada Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı təhrif olunmuş məlumatlar yayılır: “Sanki tariximiz qəsdən saxtalaşdırılır. Bunun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir".
Deputat domenlərlə bağlı ortaya çıxan problemlərdən narahatlığını da bildirib: “Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışır”.
Deputat Vüsal Hüseynov isə bildirib ki, Wikipediada hər kəs məlumatı redaktə edə bilər: “Bu problemlərlə hüquqi yollarla mübarizə aparmaq imkanları məhduddur. Ona görə bu məsələ ilə geniş ictimaiyyət məşğul olmalıdır. Wikipediada məlumatların mühafizəsi funksiyası var. Bir məlumatı mühafizə etsən, onu sonradan redaktə etmək çətin olar”.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəliyev bildirib ki, son dövrlərdə Wikipediaya mötəbər mənbə kimi istinad edilmir. Çünki Wikipediada qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir: “Wikipediada istifadəçinin yaratdığı mənbə var. Bunun üçün milli səviyyədə hər hansı qanunun qəbulu və qanunla tənzimlənməsi real görünmür. “Vikipediya”da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...