MilliYol.Az lent.az-a istinadla xəbər verir ki, həyatının 44 ilini “Bakı Metropoliteni”ndə çalışmış, tam 16 ilə qədərini bu qurumun rəisi işləmiş, “Əməkdar mühəndis”, texnika elmləri namizədi, “Şöhrət” ordenli Tağı Əhmədov ailə qurduğu xanımla tanışlıq illərini APA TV-nin “Ömür yoldaşı” verilişində belə xatırlayıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova isə həyat yoldaşı Tağı Əhmədov barədə ilk təəssüratı belə olub:
“4-cü sinif şagirdi idim. İlk oxuduğum kitab “Koroğlu” dastanı idi. Orada bilirsiniz də Koroğlunu necə təsvir edirlər. Hündürboy, enlikürək, cüssəli... Elə uşaqlıq yaddaşıma da birdəfəlik belə yazıldı. Mən Tağını ilk dəfə görəndə elə bildim ki, Rövşəndir”.
Tağı Əhmədovun işi daha ağır olduğundan Salatın xanım bunu daim nəzərə almağa çalışıb:
“Çətin vaxtlarımız da az olmayıb. Elə vaxtımız olub ki, çörək almağa da pulumuz olmayıb. Hər gün Tağı müəllim evə gec gəlirdi. Yorğun olurdu. Mən heç vaxt onu sorğu-sualla yükləməmişəm”.
Tağı Əhmədov deyib ki, nəvələrinin biri onun adını, digəri isə təxəllüsünü daşıyır. Bu iki ömür-gün yoldaşının indi ən böyük arzusu 4 yaşlı nəvələrinin toyunu görməkdi.
MilliYol.Az