Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
MilliYol.Az Azvision.az-a istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova bildirib ki, yayılan məlumatlar doğru deyil.
SDU-nun rəsmisi qeyd edib ki, ötən gün universitet rəhbərliyi yas mərsimində iştirak edib və tələbənin atası orada olub.
N.Cəlilovanın sözlərinə görə, Bakı-Sumqayıt yolunda baş verən mikroavtobus qəzası zamanı həlak olan tələbə Roza Muradova nişanlı olub və bu ay onun toyu olacaqdı.
MilliYol.Az
Digər xəbərlər
loading...