Şuşa Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovun başı dərddədir. Bu barədə MilliYol.Az şöbənin əməkdaşlarından biri məlumat verib.
Mənbə bildirir ki, bir müddət əvvə şöbədə yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb.
Məlum olub ki, Mədəniyyət və Turizm Şöbəsinə ayrılmış dövlət vəsaitləri hazırda heç bir fəaliyyəti olmayan mədəniyyət müəssisləri arasında bölüşdürülüb. Yəni bu pullar fəaliyyətdə olmayan müəssisələrə ayırılsa da, onlar ünvanına çatmayıb və mənimsənilib. Söhbət yüz minlərlə manat büdcə vəsaitinin ayrı-ayrı hesablara səpələnməsindən gedir. Mənbə deyir ki, cinayət işi açılsa, bu faktlar Zahid Abbasovun həbs üçün yetərlidir.
Məlumatı verən mənbə bildirir ki, ortaya çıxan yeyinti faktları Zahid Abbasovu qorxuya salıb. Çünki o, Prezidentin bir müddət əvvəl verdiyi sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi sistemində struktur dəyişiklikləri olacaq. Belə ki, nazirliyin rayon şöbələri ləğv ediləcək, regional idarələr yaradılacaq. Zahid Abbasov da Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında yaradılmış Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbər təyin olunmaq istəyir. Hətta bu məqsədlə nazirliyin yüksək vəzifəli məmurlarına rüşvət də təklif edib. Amma indi işində böyük nöqsanların, yeyinti faktlarının aşkarlanması məqsədini həyata keçirməsinə mane olur. Buna görə də yoxlamaların nəticələrini gizlətmək üçün müəyyən adamlara ağız açır, hətta külli miqdarda rüşvət belə verməyə hazır olduğunu bildirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...