"Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla sabah Moskvada görüşəcək. Görüş zamanı liderlər Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin araşdırılmasını müzakirə edəcəklər"
Bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmirti Peskov deyib.
Onun sözlərinə görə, görüşün gündəmi çox zəngindir: "Türkiyə və Rusiya arasında yüksək səviyyəli əməkdaşlıq şurasının iclası keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlıq, o cümlədən, "Türk Axını", "Akkuyu" AES layihələrinin icrasını müzakirə edəcəklər. Əsas məsələlərdən biri də Suriya böhranı olacaq".(teleqraf.com)
MilliYol.Az
Digər xəbərlər
loading...