Keçmiş nazir Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov atasının işdən çıxarılmasından sonra yoxa çıxıb
5 ildir ki, ABŞ-da "Xocalıya ədalət" kampaniyası keçirən Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov bu il heç bir tədbir keçirməyib.
Anar Məmmədovun əmisi, eks-deputat Elton Məmmədov bir müddət öncə müsahibəsində bu haqda demişdi: "Anar Məmmədov fəal gənclərdən biri olaraq Leyla xanım Əliyevanın apardığı "Xocalıya ədalət" kampaniyasında, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliğ olunmasında, Amerika-Azərbaycan münasibətlərinin qurulmasında və digər bu kimi dövlətin maraqlarına uyğun tədbirlərdə iştirak edir".(azxeber)Ancaq görünən odur ki, Anar Məmmədovun vətənpərvərliyi və Azərbaycan həqiqətlərini dünyaya yaymaq istəyi atasının işdən çıxarılması ilə yekunlaşıb. Bu səbəbdən də keçmiş nazir oğlu bu il ABŞ-da Xocalıyla bağlı heç bir tədbir keçirməyib.
Qeyd edək ki, bundan öncəki illərdə ABŞ-ın Nyu-York, Vaşinqton kimi nəhəng şəhərlərində quraşdırılmış, üzərində "Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, "Xocalıya ədalət” başlığı altında posterləri milyonlarla insan izləmişdi. Ancaq bu ildən etibarən ABŞ-da Xocalıyla bağlı heç bir poster gözə dəyməyib.(rublika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...