“Azərbaycan və Ermənistan prezidentləri xalqlarını sülhə hazırlamalıdırlar. Anlamaq zəruridir ki, Dağlıq Qarabağın statusu müzakirə edilməlidir, lakin bununla birlikdə, ərazilərin Azərbaycana qaytarılmasından danışmaq lazımdır. Hər iki prezident irəli getməyə hazır olmalıdır. Hər ikisi - yalnız biri, yaxud digəri sülhün vaxtının çatmasına qərar verməməlidir. Sülh isə risklə bağlıdır”.
MilliYol.Az xəbər verir ki, bunu “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrli Ceyms Uorlik deyib.
“Mən insanları eşitmək istərdim, çünki Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb”, - Uorlik qeyd edib və əlavə edib ki, onun təəssüratlarına görə, Ermənistan və Azərbaycan liderləri münaqişənin bərpasının çox təhlükəli olmasını dərk edirlər.
“Bu günə kimi də məlum deyil ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində nə baş verir. Belə ki, kimin ilk atəşi açması barədə dəqiq məlumat verəcək müstəqil informasiya qaynağı yoxdur. Ötən ilin aprelində çoxsaylı itkilər olmuşdu, bu günə qədər də qurbanların dəqiq sayı məlum deyil”, - Uorlik bildirib.
Onun sözlərinə görə, “status-kvo”nun qorunub saxlanması sülhə gətirməyəcək. “Status-kvo” qeyri-sabitdir, o, müharibə təhlükəsini daha inandırıcı edir, sülh isə regionda hər şeyi dəyişəcək. Bu, Ermənistana yeni imkanlar açacaq, iqtisadi artıma səbəb olacaq”, - Uorlik əlavə edib.
Keçmiş həmsədr hesab edir ki, tənzimlənmə yolunda əsas maneə tərəflərdə siyasi iradəsinin çatışmamasıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...