Azərbaycan vitse-prezidenti bütün müsəlman dünyası üçün nümunə kimi göstərilib
Dünyanın aparıcı mətbuat orqanlarından biri olan “The Washington Times” qəzetinin Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevaya həsr etdiyi məqaləsini bir növ 8 mart hədiyyəsi adlandırmaq olar.
İstiPress-in məlumatına görə, məqalə Azərbaycan ədəbiyyatının dahisi, inqilabi romantikanın yarıdıcısı Hüseyn Cavidin “Peyğəmbər” pyesindəki ölməz sözlərlə başlayır:
“Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...”
Məqalədə vurğulanır ki, ABŞ rəhbərliyi Mehriban Əliyevanın vitse-prezident təyin edilməsi ilə bağlı qərarı dəstəkləməlidir:
“Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər”.
Müəllif Mehriban Əliyevanın müasir dünya üçün çox vacib olan tolerant cəmiyyətin fəal tərəfdarlarından biri olduğunu vurğulayıb:
“Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda yan-yana dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi”.
Məqalədə Azərbaycanın birinci xanımının beynəlxalq səviyyədə həyata keçirdiyi xeyriyyə aksiyalarına da toxunur:
"Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçirir. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi”.
Məqalədə Mehriban Əliyevanın Azərbaycan vitse-prezidenti təyin edilməsi bütün müsəlman dünyası üçün nümunə kimi göstərilib:
"Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...