Azərbaycan birinci divizionunda mübarizə çıxış edən "Turan Tovuz" klubunun bir neçə futbolçusu zəhərlənib.
MilliYolAz klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qida zəhərlənməsindən Tovuz rayon təcili tibbi yardım şöbəsinə qəbul olunan futbolçuların bəziləri evə buraxılıb.
Hazırda bir neçə futbolçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.
Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya yəni martın 17-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...