"Qərblə Şərqi, mədəniyyətləri bir araya gətirmək istiqamətində səyləri Mehriban Əliyevanın adını dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb"
MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin plenar iclasında çıxışı zamanı deyib.
B.Muradova qeyd edib: "Çox hörmətli Mehriban xanım, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün biz tarixi bir anın həm şahidi, həm də iştirakçısıyıq. Azərbaycan dövləti, Azərbaycan Parlamenti yarandığı və fəaliyyət göstərdiyi bu müddət ərzində hər gün yeni-yeni hadisələrin, tarixi miqyası və əhəmiyyəti yüksək olan yeni-yeni proseslərin içərisində olub və bir çox yeni ənənələrə, yeni layihələrə imza atıb. Bu gün də hesab edirəm ki, Azərbaycan Parlamentinin tarixində yeni bir ənənənin bünövrəsi qoyulur. Haqqında bu gün çox böyük hörmətlə, ehtiramla danışdığımız, fəaliyyəti ilə qürur duyduğumuz, onunla birlikdə neçə illər parlamentdə fəaliyyət göstərdiyimiz Mehriban xanım bir neçə gün bundan əvvəl seçiciləri qarşısında oldu, onlarla görüşdü. Mehriban xanım bu gün Milli Məclisin qarşısında bir millət vəkili olaraq gördüyü işlər və seçicilərinə xidməti ilə bağlı hesabatla çıxış etdi. Mən belə hesab edirəm ki, vitse-prezident səlahiyyətinə başlamamışdan əvvəl o, millət vəkili kimi həm xalqa, həm dövlətə, həm də Milli Məclisə hesabatını verdi. Bu, çox gözəl bir ənənədir. Arzu edirəm ki, bura millət vəkili kimi gəlmiş, bu binadan Birinci vitse-prezident kimi çıxan Mehriban xanım tarixin, zamanın və dövlətimizin onun üzərinə qoyduğu bu missiyanı çox böyük ləyaqətlə, çox böyük nailiyyətlərlə həyata keçirsin. Belə də olacağına əminəm. Çünki biz ondan yalnız belə fəaliyyət, xalqa belə xidmət, Vətənə belə xidmət görmüşük. Mehriban xanım öz gördüyü işlər haqqında danışdı. Əslində bunu danışmağa ehtiyac da yoxdur. Çünki bu gün Azərbaycan vətəndaşları, Azərbaycanı sevən, hörmət edən, onunla əlaqələrə üstünlük verən digər ölkələr, beynəlxalq təşkilatlar, müxtəlif din və mədəniyyətlərin nümayəndələri bu müddət ərzində bu fəaliyyəti izləyiblər, bir çoxları öz ölkəsində bu fəaliyyəti gözləyib, bunun nəticələrindən bəhrələnməkdədirlər".
Vitse-spiker hesab edir ki, Mehriban Əliyevanın Heydər Əliyev ideyaları ilə silahlanaraq, milli-mənəvi dəyərlərimizə söykənərək, peşəkarlığından, işgüzarlığından və prinsipiallığından istifadə edərək, üz-üzə dayanmış iki dünyanı - Qərblə Şərqi, sivilizasiyaları, mədəniyyətləri bir araya gətirmək istiqamətindəki səyləri dünyada olan nizamın yaxşılaşması və harmoniyanın olması üçün çox böyük, faydalı bir fəaliyyətdir və təkcə buna görə Mehriban xanımın adını bütün dünyanın ictimai-siyasi tarixinə parlaq hərflərlə yazıb:
"Buna görə biz Sizə öz dərin təşəkkürümüzü bildiririk. Mehriban xanım Azərbaycan qadınlarının tarix boyu əldə etdiklərinin üzərinə çox böyük bir uğur gətirdi. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək bir vəzifə daşıyır və bununla da Azərbaycan qadınının ölkənin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu həm göstərdi, həm də bundan sonra bunun hansı faydalar verəcəyini bizə sübut edəcək. Siz burada bir vəd verdiniz ki, bundan sonra da Xəzər rayonunda seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz. Bizim də Sizə bir vədimiz var ki, nəinki Xəzər rayonu, bütün dairələrdə, bütün regionlarda sizin adınızla göstərilən fəaliyyətdə həmkarlarınız kimi, Sizə dəstək, dayaq olan Azərbaycan vətəndaşları kimi, hər zaman Sizin yanınızda olacağıq, uğurlarınıza sevinəcəyik, problemlərin həllinə birgə qoşulacağıq.
Ötən gün Mərkəzi Seçki Komissiyası Birinci vitse-prezident təyin edilməyinizlə əlaqədar olaraq, Sizin deputat səlahiyyətlərinizə xitam verdi. Amma xalqa, dövlətə, millətə xidmət missiyası davam edir. Mən Sizə bu missiyanızın yerinə yetirilməsində uğurlar arzulayıram! Qoy bu çətin, eyni zamanda, şərəfli işinizdə Sizi daim uğur izləsin, yolunuz hər zaman açıq olsun!"
MilliYol.Az
Digər xəbərlər
loading...