Birinci vitse-prezident: “Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. MilliYol.Az musavat.com-a istinadən xəbər verir ki, iclasda ölkə prezidenti tərəfindən birinci vitse-prezident vəzifəsinə təyin edilmiş Mehriban Əliyeva da iştirak edir. Yeni təyinatla əlaqədar deputat mandatından imtina edən Mehriban Əliyeva iclas zalına alqış sədalarının müşayiəti ilə daxil olub.
İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov yüksək dövlət postuna təyin edilən Mehriban Əliyevanı təbrik edib: “Mehriban xanım öz doğma evinə, Milli Məclisə gəlib. Mehriban xanımın çoxşaxəli fəaliyyəti var, daim dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət edib. Mehriban xanım dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində də yaxındabn iştirak edib. Həmçinin 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı 10 min məhbusa şamil olunurdu. Mehriban xanmımı nə qədər ailəyə sevinc bəxş etdiyini təsəvvür etmək olar”. Spiker M.Əliyevanın beynəlxalq fəaliyyətindən də geniş bəhs etdi. Həmçinin onun YAP sədrinin 1-ci müavini kimi partiyanın inkişafında da önəmli rol oynadığını vurğuladı. “Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi dara düşən, yardıma ehtiyacı olan insanlara həmişə dəstək olub. Mehriban xanım həqiqi millət vəkilidir. Bundan sonra da xalqın vəkili olaraq qalacaq. Biz bu çətin işinizdə, şərəfli fəaliyyətinizdə sizə uğurlar arzulayırıq”.
Spiker M.Əliyeva ilə bağlı təyinata görə Milli Məclis adından ölkə prezidentinə dərin minnətdarlığını da bildirib.
Bundan sonra Mehriban Əliyeva çıxış edib. Bildirib ki, yeni təyinatla əlaqədar parlament fəaliyyətini dayandırmalı olur:
“Mən 10 ildən artıq parlament üzvü olmuşam. Millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi omuşam. Təbii ki, belə bir mühitin yaranmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi var. Hörmətli Oqtay müəllim, sizə bundan sonra da uğurlar arzulayıram. Hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tuitacağam. Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”. M.Əliyeva yeni təyinatı ilə əlaqədar xüsusilə sadə insanlara təşəkkürünü bildirdi: “Çoxsaylı təbrik məktuibları gəlir. Səmimi ürək sözlərinə və dəstəyə görə mən hər birinə minnətdarlığımı bildirirəm”. Birinci vitse-prezident 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə də təbriklərini çatdırdı. M.Əliyeva çıxışını “Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!” deyə, bitirdi.
Parlament M.Əiyevanı ayaq üstə alqışladı.
Spiker hərtərəfli çxışına görə M.Əliyeyaya təşəkkür edib: “Siz hər zamankı kimi səmimisiniz. Sizi əmin edirəm ki, biz hər zaman fəaliyyətinizdə sizə dəstək olacağıq”.
Bundan sonra deputatlar Mehriban Əliyeva haqqında ürəkl sözlərini söyləyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...