MilliYol.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, sabah Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Şimali Koreyanın raket sınaqları ilə bağlı özünün iclasına toplanacaq
Toplantı ABŞ, Yaponiya və Cənubi Koreyanın təşəbbüsü ilə çağırılır. Amerikalı diplomatların bildirdiyinə görə, qapılı məsləhətləşmələr çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, bu ərəfədə Şimali Koreya 4 ballistik raketin sınağını keçirib. Onlardan üçü təqribən, 1000 kilometr uçuş edərək, Yaponiya sahillərinin 400 kilometrliyində dənizə düşüb,
Şimali Koreya hakimiyyəti bəyan edib ki, bununla ABŞ və Yaponiyanın hərbi bazalarına zərbə vurmağı məşq edib.
MilliYol.Az
Digər xəbərlər
loading...