Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov Milli Antikorrupsiya Bürosunun əməkdaşlarının müşayiəti ilə “Feofaniya” xəstəxanasından çıxarılıb.
MilliYol.Az publika.az-a mediasına istinadən xəbər verir ki, Nəsirovun vəkili Aleksandr Miroşnik və qohumları onun naməlum istiqamətdə aparıldığını bildiriblər.
Vəkil bunun qanunsuz adlandırıb: “Bu gün mən onunla danışdım. O, normal vəziyyətdə idi. Ona MRT (Maqnit Rezonans Tomoqrafiya müayinəsi – red.) üçün yuxugətirən narkoz vurdular. Yəni, o yatdı. Bundan sonra Nəsirovun olduğu otağa Milli Antikorrupsiya Bürosunun xəfiyyələri girdilər. Onun hara aparıldığını bilmirəm”.
Milli Antikorrupsiya Bürosunun mətbuat xidmətindən isə “İnterfaks-Ukrayna” agentliyinə bildiriblər ki, Nəsirovun hara aparıldığına dair informasiyaya malik deyillər, hara Nəsirovu apardılar.
Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
MilliYol.Az
Digər xəbərlər
loading...