Bu gün Azərbaycan millisi növbəti oyununu keçirib. MiliYol.az xəbər verir ki, mayın 23-dən Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində planlaşdırılan 3 yoxlama görüşündən birincisinə çıxıb.
Robert Prosineçkinin yetirmələri Andorra millisi ilə üz-üzə gəlib. Maraqlıdı ki, millimizin "cırtanlar"la bacarmayıb. 90 dəqiqə əzrində qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, seçməmiz ilin ilk sınağını Türkiyənin Antalya şəhərində keçirib, 0:1 hesabı ilə uduzan komandamız Avstriyada daha yaxşı nəticə əldə etməyə iddialı olsa da, rəzil nəticədən canını qurtara bilməyib. Çünki FİFA reytinqinin 202-cisi olan rəqiblə matçın favoriti məhz yığmamız idi.
Yoldaşlıq oyunu
26 may
Azərbaycan - Andorra 0:0
Azərbaycan: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov (4. Pavel Paşayev, 60), 15. Ruslan Abışov (k), 26. Adil Nağıyev, 16. Tərlan Quliyev (27. Vüqar Mustafayev, 46), 20. Ufuk Budak, 29. Budak Nəsirov, 25. Murad Səttarlı (24. Amil Yunanov, 46), 13. Dmitri Nazarov (19. Rəşad Eyyubov, 63), 10. Elvin Məmmədov, 18. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 23. Səlahət Ağayev.
Andorra: 1. Xosep Qomes, 2. Kristian Martines (17. Aleksandr Martinez, 50), 3. Mark Vales, 4. Maks Lovera, 5. Emili Qarsiya (6. İldefons Lima), 8. Marsiyo Vyeyra (k), 9. Aaron Sançes (16. Andreu Matos, 65), 14. Xordi Alaez (11. Sercio Moreno, 72), 20. Viktor Rodrigez, 21. Mark Qarsiya, 23. Xordi Rubio.
Ehtiyat oyunçular: 13. Pol Ferran, 10. Lüdovik Klemente, 15. Mioses San Nikolas, 17. Aleksandr Martinez.
MilliYol.Az
Digər xəbərlər
loading...