Ermənistan prezidenti Serj Sarksyan son günlər cəbhə xəttində yaşanan gərginliyə münasibət bildirib.
Missiya.Az «news.am»a istinadən xəbər verir ki, Sarksyan Ermənistan Xarici İşlər Nazirliyinə “diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxış edərkən erməni təxribatlarına Azərbayan Ordusunun verdiyi sərt cavab həmlələrindən bərk qorxu keçirdiyini də gizlətməyib.
Ermənistanın guya sülh istədiyini deyən Sarksyan Bakının müharibə bəyanatları barədə bu ifadələri işlədib. “Azərbaycan gərginliyi artırır. Əgər belə davam edərsə biz də arsenalımızda olan bütün imkanlardan istifadə edəcəyik”.
Əslində Sarksyanın bu hədələyici bəyanatında yeni heç nə yoxdur. O, xeyli müddətdir ki, belə bir tərz nümayiş etdirir. İsterik reaksiyaları ilə yaddaqalan Sarksyan görünür Azərbaycan Ordusunun cavab zərbələrindən bərk sarsıntı keçirib və ona görə də hürərkən quyruğundakı əsməni gizlədə bilməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...