Üzərində partladıcı qurğu olan Rusiya vətəndaşı Misirin İsgəndəriyyə şəhərinin hava limanında saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu rusiyalının çamadanında rentgen qurğusu vasitəsi ilə aşkarlanıb. “Al-Masry Al-Youm” nəşrinin məlumatına görə, hadisə yerinə istehkamçılar cəlb edilib.
Məlumata görə, sərnişin partlayıcı qurğunu İstanbula uçan “Turkish Airlines” şirkətinə məxsus təyyarənin göyərtəsinə keçirmək istəyirmiş.
“RİA Novosti” “Əl Bəyan” nəşrinə istinadən rusiyalının üzərində partlayıcı qurğunun maketinin aşkarlandığını bildirir.
Rusiyanın İsgəndəriyyədəki baş konsulu Rəşid Sadiqov saxlanılan sərnişinin üzərində heç bir təhlükəli əşyanın tapılmadığını bildirib. Onun sözlərinə görə, Misir tərəfi saxlanılan şəxsə qarşı hələlik heç bir ittiham irəli sürməyib, insidentin təfərrüatları müəyyənləşdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...