ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən toqquşmaları şərh edib.
Publika.az xəbər verir ki, analitik mərkəz Rusiyanın son zamanlar Dağlıq Qarabağ münaqişəsində əsas arbitr kimi öz mövqelərini möhkəmləndirdi: “Moskva Azərbaycan və Rusiyada öz strateji maraqlarının inkişafı üçün Qarabağ münaqişəsindən istifadə edə bilər. Azərbaycan status-kvonu dəyişmək və danışıqların yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir. Çünki əraziləri yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya da bu vəziyyətdən istifadə edərək, Azərbaycanda öz maraqlarının gücləndirə bilər”.
Məqalədə Ermənistanın Rusiyadan asılılığına diqqət çəkilir.
“İrəvan böyük addımlar ata bilməz. Bu ölkədə strateji silahların əksəriyyəti rusların nəzarətindədir. Münaqişə tərəflərinin heç biri Rusiya ilə anlaşmadan böyük addım atmaq istəmir”, - deyə mərkəz qeyd edir.
“Stratfor” yazır ki, ötən il baş verən “aprel döyüşləri” zamanı Rusiya neytral mövqeyi ilə Ermənistanı meydandan tək buraxdı: “Buna görə də Rusiya-Ermənistan münasibətləri son aylar sınaqdan keçir. Bununla belə Ermənistanda alternativin yoxluğu İrəvanın başqa tərəfdaş seçməsi imkanlarını məhdudlaşdırır. Son zamanlar Moskva və Bakı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənsə də, Ermənistan bu vəziyyətdə heç nə edə bilmir”.
MilliYol.Az
Digər xəbərlər
loading...