Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz ibn Əbdür Rəhman əl Səud Asiya ölkələrinə səyahətə çıxıb. Onun "əl yükü" qismində İndoneziyaya apardığı baqajın ümumi çəkisi 460 tondur.
SkyNews bildirir ki, 81 yaşlı kral Salman Boeing markalı şəxsi təyyarəsindən enməyə çətinlik çəkdiyindən onun üçün iki qızıl lift də daşınır. Bundan başqa, təyyarədə superlüks, 2 gülləkeçirməyən Mercedes limuzinləri də var.
Kral Salman ailə üzvləri və onu müşayiət edən şəxslərlə birlikdə İndoneziyanın Bali adasında 6 gün istirahət edəcək. Daha sonra o, Bruney, Yaponiya, Çin və Maldivdə olacaq.
Səudiyyə kralı İndoneziyaya Malayziyadan gedib. O, Kuala-Lumpurda Malayziyanın baş naziri Mohd Najib Tun Razakla görüşərək danışıqlar aparıb.
Kralı 1430 nəfərlik heyət müşayiət edir. Onların arasında 10 nazir və 25 şahzadə də var.
Kralın İndoneziyanın paytaxtı Cakartanın beynəlxalq hava limanına enən təyyarəsindən eniş başlananda İndoneziya prezidenti Yoko Vidodo artıq uçuş-enmə zolağında idi.
Kral Salman təyyarədən enəndə leysan yağışı başlanıb. Kralın mühafizəçiləri və İndoneziya prezidentinin cangüdənləri kral Salmanın islanmaması üçün onun başı üzərində 7 böyük çətir açıblar.Kral Salman son 57 ildə İndoneziyada rəsmi səfərdə olan ilk səudi kralıdır.
Kral üçün İndoneziyanın paytaxtı Cakartanın mərkəzi məscidi olan İstiqlalda xüsusi dəstəmaz və abdəst otaqları da inşa olunub.
Səudiyyə Ərəbistanının müşayiət edən nümayəndə heyəti 9 təyyarədə hərəkət edir. Heyət Cakartada 4 beşulduzlu oteldə qalacaq.
Kral Salmanı 102 mühafizəçi qoruyur. Bununla yanaşı, Səudiyyə Ərəbistanının kralının təhlükəsizliyini İndoneziyada 11020 xüsusi təyinatlı polis və hərbçi təmin edəcəklər.
Səudiyyə Ərəbistanını kralına xidmət üçün Cakartada 178, Bali adasında isə 394 nəfər ayrılıb. Bundan başqa, "Jasa Angkasa Semesta"nin 572 əməkdaşı krala xidmət edəcək.
Səudiyyə kralı Salman hazırda İndoneziyanın Qərbi Yava bölgəsindəki Boqor şəhərində, prezident sarayındadır. (milli.az)
MilliYol.Az
Digər xəbərlər
loading...