"Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda istefa verəcək. MilliYol.Az xəbər verir ki, bu barədə klubun prezidenti Jozep Bartomeu açıqlama verib.
Prezident bildirib ki, bu baş məşqçinin şəxsi qərarıdı: "Luis Enrike klubumuza böyük müvəffəqiyyət qazandırıb. Onun bu mövsüm də uğur əldə etmək şansı var. Oyunçularda bunu sübut etmək üçün yüksək motivasiya var. Biz baş məşqçinin işindən məmnunuq. O, komanda üçün böyük işlər görüb. İnanıram ki, Enrike “Barselona” karyerasını kubokla başa vuracaq”.
Qeyd edək ki, 2014-cü ildən “Barselona”nı çalışdıran Luis Enrikenin rəhbərliyi altında kataloniyalılar 2 dəfə La Liqanın, 2 dəfə İspaniya Kral Kubokunun, həmçinin İspaniya Superkubokunun, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olublar.
MilliYol.Az
Digər xəbərlər
loading...