"Tərəfləri Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün şərait yaratmağa və qarşıdurmadan çəkinməyə çağırırıq”. Anspress-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova prezident İlham Əliyev və Serj Sarkisyanın Vyana görüşünü şərh edərkən deyib.
O bildirib ki, Rusiya Vyana görüşündə əldə olunan razılıqların saxlanılması üçün təşəbbüs göstərir:"Sözsüz ki, bu bizim xarici tərəfdaşlarımızla əlaqəlidir. Biz bu istiqamətdə kifayət qədər fəalıq”.
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi
Rəsmi Moskva prezidentlərin görüşündən sonra verdiyi ilk açıqlamada bildirmişdi ki, görüş Dağlıq Qarabağda vəziyyətin sabitləşməsinə ümidləri artırır.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov demişdi ki, Vyana görüşü Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sarkisyan və İlham Əliyev arasında görüş təmkinli optimizm üçün əsas verir.
Prezidentlər arasında görüş mayın 16-da baş tutub. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə təşkil edilib. Serj Sarkisyan və İlham Əliyevin görüşündə ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib. Görüş iki saatdan artıq davam edib.
Toplantının sonunda ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə prezidentlər arasında təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılıq əldə olunub.
İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.
Rusiyanın əldə olunan razılıqların saxlanılması üçün hansı addımlar atdığı sualını cavablandıran Zaxarova ATƏT-in Minsk qrupundakı fəaliyyətini və Azərbaycan və Ermənistan dövlət başçıları ilə əlaqələri qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...