İŞİD terror təşkilatının lideri Abubəkr əl-Bağdadi son döyüşlərdə məğlub olduqlarını etiraf edib və tərəfdarlarını dağlara çəkilərək gizlənməyə çağırıb
Virtualaz.org-un məlumatına görə, bu barədə İraqın Naynava vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı xəbər yayıb.
Məlumata görə, İŞİD lideri təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb və bunu vida çıxışı adlandırıb.
Xatırladaq ki, İŞİD “Fərat Qalxanı” əməliyyatına qədər İraq və Suriyada istədiyi kimi hərəkət edirdi. Amma həmin əməliyyatlardan sonra onun məğlubiyyətlər seriyası (Cerablusda, Dabıkda, Əl-Babda) başladı. Nəhayət, o. əlində qalan Rakka və Mosuldan da geri çəkilməyə məcbur edildi.
Bəzi iddialara görə isə, döyüş ruhunun qırılması arqumenti bəhanədir, Bağdadinin məqsədi daha böyük itkilər verməmək və gücləri qruplaşdıraraq müəyyən vaxtdan sonra yenidən döyüşə davam etməkdir.
Bu arada İraqın federal polisinin komandanı, general-leytenant Raid Şakir Caudat da maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, İŞİD yaraqlıları bir-biri ilə əlaqəni itiriblər, onların liderləri isə şəhərdən qaçırlar.
Onun sözlərinə görə, terrorçular özlərini itirmiş və pərişan haldadırlar.
“Səhra kəşfiyyatımız terror təşkilatının dağıldığını, liderlərinin isə Mosuldan qaçaraq canlarını qurtardığını müşahidə edib”, - İraq komandanı bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...