Bu gün martın 1-dən etibarən tütün məhsullarının nağdsız (kartsız) satışına yenidən icazə verilib.
MilliYol.Az xəbər verir ki, bu barədə virtualaz.orgsaytına topdansatış mağazalarının sahibləri məlumat veriblər.
Məlumatda deyilir ki, siqaretin nağdsız satışı martın sonunadək mümkün olacaq. “Hələlik məhdudiyyətin 1 ay müddətinə aradan qaldırıldığı bildirilir. Topdansatış mərkəzləri dünəndən məlumatlandırılıb. Siqaretlərin nağd, yəni kart vasitəsilə satılması xüsusilə köşk və kiçik marketlərin işini çətinləşdirmişdi. Guman ki, qərar buna görə dəyişdirilib”,-mağaza sahibləri bildiriblər.
Qeyd edək ki, son dəyişikliklə siqaretlərin nağdsız şəkildə satışı iki yolla həyata keçirilir. Yəni siqaret satışını həyata keçirən mağaza sahibləri bank hesabına və ya VÖEN-ə bağlı kart hesabına malik olmalıdır. Siqaret satışının kartla həyata keçirilməsi qərarı qüvvəyə minəndən sonra xüsusilə köşk və kiçik marketlərdə qıtlıq müşahidə edilirdi. Hətta yarmarka və ya bazarlarda İran və Gürcüstandan gətirilən siqaretlər satılırdı. Məsələn, Sədərək və Binə ticarət mərkəzlərində Gürcüstandan gətirilən siqaretlərin satışına tez-tez rast gəlinir.
Vergilər Nazirliyindən isə deyiblər ki, siqaretlərin nağd satışı ilə bağlı qoyulmuş tələbin qüvvədən düşməsi ilə bağlı rəsmi qərar yoxdur. “Rəsmi olaraq heç bir dəyişiklik nəzərdə tutulmayıb. Vergilər Nazirliyindən başqa digər nazirlik və dövlət orqanı da qərarda dəyişiklik edə bilməz. Siqaretlərin satışı əvvəlki qaydada aparılmalıdır”,-nazirlikdən deyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...