ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib
Virtualaz.org xəbər verir ki, ekspert bu barədə Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində danışıb. Tomas de Vall bildirir ki, təmas xəttində son eskalasiya tezliklə irimiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, əgər eskalasiya daha da artsa Rusiya ən mühüm oyunçu olacaq. “Hazırda BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir, tərəfləri yeni müharibə təhlükəsi barədə xəbərdar edirlər. Bununla belə, əgər tərəflər və ya tərəflərdən biri müharibə arzu edirsə o zaman bunu dayandırmaq üçün əldən heç nə gəlmir”-Tomas de Vall bildirib.
Xatırladaq ki, təmas xəttində son eskalasiya zamanı Azərbaycan ordusu Xocavənd istiqamətində 6 hərbçisini itirib. Düşmən tərəf öz itkilərini açıqlamır. Təmas xəttində yüngül artilleriya və müxtəlif çaplı minomyotların tətbiq olunması intensiv xarakter alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...