Ombudsmanın 15 illik fəaliyyəti dövründə onun ünvanına 148 750 müraciət daxil olub
Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub
Trend-in məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, həmin müraciətlərin 70,1 faizi şikayətlərdən, 29,9 faizi ərziələrdən ibarət olub. Ümumilikdə 2016-cı ildə müvəkkil tərəfindən 36 36 şəxs qəbul edilib.
A.Səfixanlı qeyd edib ki, şikayətlərin müvəkkilin səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların, sübutların, faktların olmaması səbəbindən onların 57,4 faizinin baxılmasından imtina edilib. Şikayətlərin 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 63,6 faizi təmin olunub.
MM-in vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlərin görüldüyünü, bu sahənin dövlət üçün prioritet olduğunu qeyd edərək əlavə edib ki, MM-in Ombudsman Aparatı ilə əməkdaşlığı yüksək səviyyədə qurulub. Ombudsman Aparatının komitə ilə əməkdaşlığı da getdikcə genişlənir.
MilliYol.Az
Digər xəbərlər
loading...