“Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması müəyyən suallar doğurur. Belə ki, burada insan ömrünün o qədər də uzun olmaması və son dövrlər baş verən bir sıra problemlər var”
Bu barədə oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda pensiya yaşının qadınlar üçün 63, kişilər üçünsə 65-ə çatdırılması müzakirə predmetidir: “Qanun hələ ki qəbul edilməyib, layihə müzakirəyə çıxarılandan sonra müəyyən fikirlər səsləndirmək olar”, - deyə o bildirib.
V.Əhmədov qeyd edib ki, bu məsələdə bir çox beynəlxalq təşkilatların tövsiyələri var.
Deputat xatırladıb ki, qonşu ölkələrdə də pensiya yaş həddinin 65-ə çatdırılması məsələsinə baxılır.
Qeyd edək ki, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...