Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur
MilliYol.Az xezerxeber.az-a istinadən xəbər verir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Rüşvət qalmqalı böyüdüyündən Təhsil Nazirliyi araşdırmaya başlayıb.
Valideynin yazdığı izahatda söhbət ona sinifin valideyn komitəsi tərəfindən təqdim olunan bu aktdan gedir.
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözü gedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.
21 saylı orta məktəbin valideynləri də onlardan pul yıgıldıgını təsdiqləyir. Lakin onlar hər summativə 1manatı öz xoşları ilə verdiklərini deyirlər.
Məsələ ilə bağlı Məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi.
Sumqayıt şəhər təhsil şöbəsindən isə bildirilib ki, summativ xərcləri məktəb tərəfindən qarşılanmalıdır. Məsələ ilə bağlı 21 nömrəli tam orta məktəbdə bir neçə gün bundan öncə valideyn sikayətləri əsasında ciddi yoxlamalar aparılıb. Nəticədə Təhsil şöbəsinin müdiri Nizami Namazovun əmri ilə Vladim İbrahimova sonuncu şiddətli töhmət verilib və toplanmış sənədlər Təhsil Nazirliyinə göndərilib. Yaxın günlərdə məsləyə hüquqi qiymət veriləcək.
Digər xəbərlər
loading...