Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz, kəşfiyyat bölüm komandiri Aqşin İsmayıl oğlu Abullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib. Vida mərasimindən sonra şəhidin nəşi Kiş kəndində torpağa tapşırılıb.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olan zabit Aqşin Abdullayev 17 il hərbdə olub. Ailəli olan 35 yaşlı hərbçimizin 3 uşağı var.
Vida mərasimində böyük izdiham yaşanıb. Mərasimdə Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...