"t.A.t.u" qrupunun keçmiş üzvü Yuliya Volkova 2007-ci ildə biznesmen Pərviz Yasinova ərə getdikdən sonra dinini dəyişərək İslamı qəbul etmişdi.
MilliYol.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün kəbini də Dubaydakı məscidlərdən birində kəsilmişdi. Lakin bu evlilik uzun sürmədi və Samir adlı uşaqları olan cütlük 2010-cu ildə ayrıldı.
Bu günlərdə isə Yuliyanın yenidən xristianlığı qəbul etdiyi məlum olub. O, İnstaqramda kilsədə dua edərkən fotosunu paylaşaraq yazıb: "Hər şeyə görə məni bağışla. Ürəyim sizinlədir".
Müğənni yenidən pravoslav olduğunu təsdiqləyib: "Mən öz inamıma və evimə qayıtdım. Amma Allah birdir, sadəcə ona gedən yollar fərqlidir. Hər kəs öz yolunu tapmalıdır".
MilliYol.Az
Digər xəbərlər
loading...