Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Bu barədə azvision.az-a şəhidin yaxınları məlumat veriblər. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, şəhid E.Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb:
"Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq", - deyə şəhidin yaxınları söyləyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...