Elmar Vəliyevin adamı Faiq Əmirov çağrışçıları hərbi xidmətdən necə yayındırır?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsində yoxlamalar başlayıb. Bu barədə AzMedia.info-ya Lənkərandan məlumat verib.
Məlumatda bildirilir ki, artıq bir neçə gündü yoxlamalar davam edir və ciddi hüquq pozuntuları aşkarlanıb. Mövcud qanunlara əsasən yoxlama zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı 4 gün ərzində Hərbi Prokurorluğa məlumat verilməlidi. Lakin bu hələ ki, baş verməyib.
Bunun səbəbinə gəlincə, hər kəsə məlumdu ki, SHXÇDX-nın Lənkəran şəhər şöbəsinin rəisi Faiq Əmirov Gəncənin icra başçısı Elmar Vəliyevin adamıdır. Hətta bir dəfə qanunsuz fəaliyyətlərinə görə təxris olunan Faiq Əmirov Elmar Vəliyevin sayəsində vəzifəyə təyinat alıb. İndi yenə icra başçısının köməyinə arxayın olaraq yoxlamaların nəticələrini gizlətməyə çalışır.
Faiq Əmirov çox sayda çağrışçını hərbi xidmətdən yayındırıb. Hərbi xidmətə yararlı çağrışçılara qanunsuz yollarla hərbi bilet verən xidmət rəisi yararsızları qanunsuz yollarla ordu sıralarına cəlb etməklə də ad çıxarıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...