Dünyanın böyük şəhərlərinə asteroid düşəcəyi təqdirdə baş verə biləcək dəhşətin görüntüləri hazırlanıb.
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, brtitaniyalı mütəxəssislər Berlin və London kimi böyük şəhərlərə düşəcəyi təqdirdə asteroidin hansı fəlakətə yol açacağına dair əldə edilən materialları ümumiləşdirib.
Mütəxəssislərin fikrincə, Berlinə asteroid düşəcəyi təqdirdə şəhərdəki 6 milyondan 3,5 milyon nəfəri məhf olacaq. Londonda 13,9 milyon nəfərdən 8,7 milyonu məhv ola bilər.
Hər iki halda güclü təsiredici faktor güclü külək olacaq. Asteroid qismində mütəxəssislər 200 metr diametri olan 3,1 ton ağırlığında cismi nəzərdən keçirib. Ehtimal edilir ki, həmin cisim Yerə saniyədə 20 km sürətlə yaxınlaşacaq.
Ekspertlərin fikrincə, diametri 200 metr olan asteroidlər Yerə hər 40 min ildən bir, diametri 50 metr olan asteroidlər isə hər 850 ildən bir düşür.
MilliYol.Az
Digər xəbərlər
loading...