Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.
MilliYol.Az xəbər verir ki, Azərbaycan dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.
Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...