Cəbhə xəttində nisbi sakitçilik hökm sürür.
İstipress-in bölgə müxbirinin məlumatına görə, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Qarabağda döyüşlər başladı - ermənilər hücuma keçdi, itkilərimiz var
Səhər saatlarından başlayaraq isə atəş səsləri demək olar ki, eşidilməyib. Təmas xəttinə ən yaxın ərazidə yerləşən Ağdamın Təzəkənd kəndində də yaşayan insanlar gündəlik fəaliyyətlərini davam etdirirlər.
Sakinlər kəndlərdə heç bir dağıntı olmadığını deyiblər.
Xatırladaq ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.
Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
MilliYol.Az
Digər xəbərlər
loading...