Maraqlı meditasiya (insan zehnini bir fikrə cəmləmək, bədəni sakitləşdirmək və düşüncəni başqa aləmə yönəltmək) üsulları ilə tanınan çinlilər dünyanı yenə heyrətləndirməyi bacarıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşlarından boşanan qadınlar acıları ilə mübarizə aparmaq üçün ölü kimi məzara uzanaraq meditasiya ediblər.
Məzar meditasiyası Liu Taijie tərəfindən ortaya atılıb. O, qadınların depressiyadan xilas ola bilməsi üçün bu üsulu təklif etdiyini söyləyib.
“Bir kişi və ya da qadın həyat yoldaşından ayrılanda, özünü onsuz da ölümə yaxın hiss edir. Məzar meditasiyası edən tələbələrim ölümü təcrübədən keçirməyə çalışır”, - o deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...