Görəsən kainatda ən yaxşı həyat yoldaşı hansı bürclər sayılır?
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, astroloqlar bununla bağlı sorğu keçirib. Münəccimlər mövzu ilə əlaqədar zodiak işarələrinə görə yarızarafat, yarı həqiqi maraqlı və çox əyləncəli reytinq hazırlayıb.
12-ci yer Əqrəb
Çox gözəl, çox cəlbedici və çox ağıllı qadın olan Əqrəb bürcləri dünyada ən pis həyat yoldaşıdır. Axı onunla evlənən kişilər özü-özünü qul kimi satır! Şübhəsiz ki, belə qiymətli xanıma xidmət etmək xoş və şərəflidir, amma onun mürəkkəb xarakterinə öyrəşənə qədər saçlarınızı itirəcək, impotent olacaq və təqaüd yaşına çatacaqsınız.
11-ci yer Balıq
Balıqlarla evlənmək evdə pişik saxlamaq kimidir. Çünki ikisindən də eyni dərəcədə "xeyir” gözləmək olar. Balıqlar cəlbedici və xəyali varlıqlardır. Əgər Balıq qadınları yaxşı əhval-ruhiyyədə olarsa, onları əllə axtarmalı olacaqsınız. Hansısa müəmmalı səbəbdən güclü cinsin nümayəndələri bu zodiak işarələrinin fanatik dərəcədə təsiri altına düşürlər. Və kişi hər hansı səbəbdən Balıqla münasibətləri kəsərsə, onların həyatı mənasız və boş olacaq.
10-cu yer Şir
Ən cəsarətli kişilər Şirlər ilə döyüşə gedir. Şir bürcündən olan həyat yoldaşı ən bahalı vitrin əşyası kimidir: ən gözəl bəzək əşyaları, ən yaxşı avtomobillər və başqa dəyərli hədiyyələr onların olmalıdır. Hər şey "vəhşi heyvanın” iştahasından asılıdır. Bürclərin ən vəhşi nümayəndəsi ilə boşanmaq nəzəri cəhətdən mümkündür, lakin praktiki olaraq boşandıqdan sonra bütün qadınlar kişilərə tutqun və solğun surətlərlə görünür. Axı digər gözəllərin qəlbini fəth etmək üçün ciblərində qəpik-quruşları qalmır.
9-cu yer Oxatan
Şeytan arvaddır. Ona lazım olan yeganə şey sənin ölməz ruhundur. Həyat yoldaşına nə desə, həmişə də onun dediyi kimi olacaq. Əgər onun sözündən çıxmağa cürət etsəniz, əbədi olaraq cəhənnəmdə yanmağa hazır olun.
8-ci yer Əkizlər
Ən təhlükəli həyat yoldaşı tipidir. O bilir ki, əri əslində kimdir. Və ondan heç nə gizlətmək mümkün deyil, hətta buna cəhd etməyin! Onun iti baxışları heç nəyi nəzərdən qaçırmır, odur ki, əlinizdəki şirniyyatı dərhal yerinə qoyun. Axı siz onsuz da çox köksünüz.
7-ci yer Qoç
Çox maraqlı həyat yoldaşıdır. O, kişinin həyatında baş verə biləcək ən gözəl hadisədir və Qoçlar özləri bundan 100 faiz əmindir. O, ərini islah etmək üçün sonadək vuruşmalı olacaq. Yeri gəlmişkən bu, sonuncunun xeyrinədir.
6-cı yer Tərəzi
Qadın Tərəziləri belə xarakterizə etmək olar: usta kulinar, gözəl xanım, əla məşuqə. Hər bir kişinin arzusudur, elə deyilmi? Ancaq bu sadalananlar əlahəzrətin kefindən asılıdır. Tərəzilər yalnız əhvalı yaxşı olanda mehriban və qayğıkeş həyat yoldaşı olur. Qalan boş vaxtlarını Tərəzilər qalmaqallara, isterikalara həsr edir və başqasının gününü zəhərə çevirməklə məşğul olur.
5-ci yer Qız
Qız bürcünün nümayəndələri yaxşı dost, silahdaş və gözəl həyat yoldaşıdır. O, belə hesab edir ki, cütlük eyni istiqamətə baxmağa məcburdur. Yeri gəlmişkən o istiqaməti də Qız özü seçəcək, idarəedici tərəf də özü olacaq. Formal olaraq başçı qarşı tərəfdir, amma onlar bütün məsuliyyəti öz üzərinə götürür. Və əgər Qızlar sizin evlilik təklifinizə cavab olaraq "Mən fikirləşərəm” deyirsə, dərhal qaçıb özünüzü diktatorun əlindən xilas edin!
4-cü yer Buğa
Çox şən və o qədər də varlı şəxs deyilsinizsə, onda bu bürcün nümayəndələrilə ailə qurmağa həqiqətən dəyər. O, sizi uğurlu və nüfuzlu kişi etməyənə qədər geri çəkilməyəcək. Şübhəsiz ki, pozitivliyiniz və həyat eşqiniz əvvəlki gücünü itirəcək. Əgər hesab edirsiniz ki, başınıza yüzüncü dəfə dəyən qablar sizə ləzzət edir, onda qıcıqlandırmağa davam edin.
3-cü yer Oğlaq
İdeal kişi ideal qadının əri olmalıdır, hər şey sadədir! Ömür-gün yoldaşı seçimində Oğlaqlar əlverişli variantları nəzərdən keçirir, burada sevgi və vurğunluqdan söhbət gedə bilməz. Və əgər Oğlaq bürcü sizi seçibsə, deməli, ömrünüzün sonunadək bəxtəvərsiniz. Əlbəttə ki, münasibətləri korlamasınız…
2-ci yer Dolça
Fəxri ikinci yeri Dolçalarındır. Bu bürcü həyat yoldaşı kimi belə ifadə etmək olar: Əbədi gənc, daim gülümsəyən, məlahətli və zərif. Belə qadın hər bir kişinin arzusudur. Lakin nadir Dolçaları evliliyə razı salmaq asan olmayacaq, xoşbəxtliyinə qovuşması üçün kişilərdən inadla mübarizə aparmaq lazım gələcək.
1-ci yer Xərçəng
Xərçəng üçün ailə hər şeydən üstündür! Bu bürcün xanımlarından şikayətlənmək günahdır. O, həm ağıllı, həm də gözəl evdar xanımdır. Xərçəng qadınları ərinə böyük məmnuniyyətlə qulluq edir və qohumlarını sevir. Bundan böyük xoşbəxtlik arzulamaq olar? Axı ailə əsasdır. Odur ki, ailə vəzifələrinizi yerinə yetirməyə laqeydlik etməyin, əks halda cavabınızı layiqincə alacaqsınız! Və hansısa Qız bürcü ilə evləndiyinizə görə peşmançılıq çəkmək lazım deyil… Olmaz!
MilliYol.Az
Digər xəbərlər
loading...