Müğənni Əlikram Bayramov ötən gün paytaxt restoranlarının birində nəvəsi Təmkinə ad günü edib.
MilliYol.Az lent.az-a istinadən xəbər verir ki, məclisə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Nəvəsi üçün 75 minlik avtomobilini bəzətdirən ifaçı bildirib ki, nəvəsinə sürpriz hazırlayıb: “Bu gün bura gələn insanların əksəriyyəti mənim dostlarım və ailəvi tanışlarımdır. Hər birinə "çox sağ ol" deyirəm. Nəvəmə sürpriz hədiyyəm odur ki, onun adına “Təmkin” adlı mahnı oxumuşam. İnşallah, böyük toyunu görüm”.
Xatırladaq ki, məclisdə xalq artisti Niyaməddin Musayev, əməkdar artist Cabir Abdullayev, müğənnilər Nazənin, Manaf Ağayev, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, Aşıq Telli, Vasif Əzimov, Elşad-Rəvan Qarayev, Xatun Əliyeva, Sədaqət Ulduz, Elçin Hüseynov, Mənzurə Musayeva, Namiq Məna, aparıcılar Aytəkin Mərdanova, Mikayil Güləddinoğlu və başqaları iştirak edirdi.
Qeyd edək ki, Təmkin ifaçının oğlu Qalibin övladıdır. İfaçı 2015-ci ilin mayında oğluna üç gün toy etmişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...