Bizim Səbrimiz artıq tükənir.Tək dolanışıq yerimiz olan dükanlarımızdan polis aylıq haqq istəyir
MilliYol.Az Xeberman.com-a istinadən Neftçala rayonunundan adlarının çəkilməsini istəməyən bir qrup vətəndaş şikayət məktubu ünvanlayıb. Məktubda şikayətçilər öz dükanlarında işləyə bilmədiklərini rayon polis şöbəsinin rəisi adamı kimi tanınan Anar adlı şəxs tərəfindən zorla aylıq haqq yığılmasından şikayətlənirlər.
Şikayət məktubunda bildirilir ki,Neftçala rayon polis şöbəsinin rəisi adından aylıq pul yığan Anar dükan sahiblərini haqq vermədikləri təqdirdə bildirir ki, sizin cibinizdən çox şey çıxartmaq olar ağıllı olun deyərək hədələyir.
Şikayətçilərin bildirdiyinə görə Neftçalada fəaliyyət göstərən qəssab dükanlarından tutmuş ərzaq məhsulları satan dükanlara kimi hamı Anar müəllimə haq verir.Adamların ürəyində xof yaradırlar. Özlərini elə aparırlar ki, adamlar onlardan qorxsun
Müraciət edən şəxslərdən biri Neftçala rayon sakini, rayonda fəaliyyət göstərən (adını çəkmək istəməyən biri) şadlıq sarayının direktoru artıq bir ildir ki, rayonun polis rəisi tərəfindən təqib edildiyini bildirir.
Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı polis rəisinin təxminən bir il əvvəl onun yanına adam göndərərək əgər rahat işləmək istəyirsə aylıq 400 manat xərac verməli olduğunu bildirdi. İş adamı məcburi olub aylıq deyilən pulu ödədiyini bildirib.Polis rəis mənə qarşı bu özbaşınalığı bir ildir davam edir və bir ildir o məni aylıq pulu vermədiyim təqdirdə obyektimi bağlamaqla və özümü də "ilişdirməklə" hədələyir " Sonda Neftçala rayon sakinlərini bildiriblər ki, artıq səbrimiz tükənib yığılıb prezident aparatına getmək istəyirik qorxuruq ordada bizə kömək edən olmaz. Bundan sonra bizi şərləyib həbs edərlər.Hörmətli redaksiya xaiş edirik can güvənliyimiz üçün adlarımızı çəkmədən bu yazını ictimailəşdirin bəlkə Cənab prezident yaxud Daxili işlər naziri səsimizi eşidər sağolun.
MilliYol.Az
Digər xəbərlər
loading...