Moskva Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitali Çurkinin ölümünün səbəbinin araşdırılması barədə mətbuata sızan məlumatlardan çaşqındır
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, Moskva Vaşinqtonu bu cür informasiyanı yalnız rəsmi kanallarla verməyə çağırır.
“Dünən axşam çaşqınlıqla rusiyalı diplomatın öümünün səbəbinin ekspertizası ilə bağlı ABŞ KİV-lərinə məlumat sıdığını bildik”, deyə Zaxarova bildirib. Bundan əvvəl verilən məlumatlara görə, tibbi ekspertlər Çurkinin cəsədinin açılmasından sonra əlavə tədqiqata ehtiyac olduğunu bildiriblər. Rusiyanın BMT-ki daimi elçisi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. İlkin məlumatlara görə ölümün səbəbi qəfil ürək tutmasıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...