Ermənistanın müdafiə naziri Vigen Sarkisyan RİA Novosti-yə müsahibəsində Azərbaycanla müharibənin bərpası ehtimalını istisna etməyib
Ermənistandakı 102 saylı Rusiya hərbi bazasının rolu barədə sualın cavabında Sarkisyan deyib ki, baza Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amildir.
“Rusiyanın Ermənistana “İsgəndər-M” raket sistemini göndərməsi doğrudurmu və ya 2016-cı ildə Yerevanda keçirilən paradda təqdim edilən kompleks RF Silahlı Qüvvələrinə məxsus olub?” Sarkisyan bu sualın cavabında deyib: “İsgəndər”lər Ermənistana göndərilib və bu, hamıya məlumdur. Onların Ermənistan SQ-yə məxsus olduğunu isə yüz faiz əminliklə təsdiq edə bilərəm. Bunun hansı pula əldə edilməsi, ödənişin müddəti və s. suallara gəlincə, bu, “tamamilə məxfidir”. Raketləri biz – Ermənistan Silahlı Qüvvələrinin müvafiq hazırlıq keçmiş zabitləri idarə edirlər”, – o vurğulayıb.
“İsgəndər”lər hansı halda tətbiq edilə bilər? Sarkisyan deyib ki, bu raketlər düşmənin infrastrukturuna ciddi zərbə vurur. “İsgəndər”lərin tətbiq edilməsi barədə qərar vəziyyətin inkişafı ilə əlaqədar olacaq.
Rusiyanın 200 mln.-luq krediti çərçivəsində silah göndərilməsi barədə sualın cavabında nazir deyib ki, silah göndərişi bu kredit xətti üzrə həyata keçirilir, qrafikə tam əməl olunur.
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağda vəziyyət necədir, hansı nəticələrə gəlinib? Bu sualın cavabında Sarkisyan deyib ki, ciddi nəticələr çıxarılıb və lazımi tədbirlər görülüb. Bundan əlavə, hərbçilərin sosial müdafiəsi tədbirləri gücləndirilib. (Turan)
MilliYol.Az
Digər xəbərlər
loading...